EN

Maduro gizli rejimə keçdi: ABŞ-dan gələn təhdidlər təhlükəsizlik tədbirlərini KƏSKİN ARTIRDI

"Financial Times" yazır ki, Venesuela Prezidenti Nikolas Maduro son həftələrdə ABŞ-dan mümkün təhlükə səbəbilə şəxsi təhlükəsizliyini gücləndirib və fəaliyyətini qapalı rejimə keçirib.

Olaylar.az xəbər verir ki, nəşrin mənbələri bir sıra iddialar ortaya atıb. Belə ki, mənbələrə görə: Maduro artıq əvvəlki kimi açıq və geniş elan olunan çıxışlar etmir; Onun ictimai çıxışları qısaldılmış formatda, öncədən açıqlanmayan qrafiklə həyata keçirilir; Ənənəvi olaraq prezidentin yanında olan yüksək vəzifəli şəxslər və hərbi rəhbərlik artıq tədbirlərdə iştirak etmir - bu, hakimiyyət rəsmilərinə qarşı kollektiv təhlükənin qarşısını almaq üçün edilib.

Müşahidəçilər qeyd edirlər ki, bu addımlar Maduro hakimiyyətinin özünü ciddi risk altında gördüyünü və Vaşinqtonla münasibətlərin son aylarda daha da gərginləşdiyini göstərir. (Musavat.com)

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
5
1
olaylar.az

10Sources