EN

Bolsonaro həbs edildi

Braziliyanın keçmiş Prezidenti Jair Bolsonaro paytaxt Braziliyadakı villasında federal polis tərəfindən həbs olunub.

“Qafqazinfo” “The Guardian”a istinadən xəbər verir ki, Ali Məhkəmənin tələbi ilə verilən profilaktik həbs orderi əsasında siyasətçi prezident sarayından təxminən 7 mil uzaqlıqda yerləşən polis bazasına aparılıb.

Həbsin səbəbi rəsmi olaraq açıqlanmasa da, yerli mənbələr bunun ictimai asayişin təminatı məqsədi daşıdığını bildirir. Bolsonaronun vəkili Celso Vilardi səbəbdən xəbərsiz olduqlarını deyib.

Sentyabrda Bolsonaro 2022-ci il seçkilərinin qalibi Luiz İnasiu Lula da Silvanın hakimiyyətə gəlməsini əngəlləmək üçün çevriliş planlaşdırmaqda təqsirli bilinərək, 27 il 3 ay həbs cəzasına məhkum edilsə də, həmin hökm üzrə hələlik real həbs qərarı verilməyib. Onun son saxlanılması da bu ittihamla birbaşa bağlı deyil.

Hadisədən əvvəl tərəfdarları Bolsonaronun ev dustaqlığında yaşadığı kompleksin qarşısında “gecə aksiyası” planlaşdırırdılar. Oğlu Flavio Bolsonaro tərəfdarları “mübarizəyə qoşulmağa” çağırmışdı.

Lula tərəfdarları isə həbsin ədalət üçün mühüm addım olduğunu bildiriblər. İşçi Partiyasının deputatı Reimont Otoni “cinayətin cəzasız qalmayacağı” mesajının verildiyini qeyd edib.

"Cebheinfo.az"

Chosen
32
17
cebheinfo.az

10Sources