Pavel Durov qurucusu olduğu “Telegram” platformasında yeni hədiyyə hərracını elan edib.
Paralel.az xəbər verir ki , hədiyyə olaraq ənənələri, azadlığı və hörməti simvolizə edən Həbib Nurməhəmmədovun kolleksiya papaqları təqdim olunacaq.
Hərrac noyabrın 22-də Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
Həbib Nurməhəmmədov UFC-də məğlubedilməz döyüşçü sayılır. O, 29 döyüşdə iştirak edib və heç birində uduzmayıb.