EN

Braziliya polisi sabiq prezidenti həbs etdi

Braziliya polisi ölkənin sabiq prezidenti Jair Bolsonarunu həbs edib.
 
Moderator.az xəbər verir ki, bu barədə "Bloomberg" məlumat yayıb.
 
"Bolsonaru şənbə günü həbs olunub və Braziliya şəhərinin polis idarəsində saxlanılıb", - yazıda deyilir.
 
Federal polis Bolsonarunun adını çəkmədən yalnız Ali Məhkəmənin qərarına əsasən order verildiyini və həbsin qabaqlayıcı tədbir olduğunu bildirib.
 
Braziliya hökuməti sabiq lideri oğlu, senator Flavio Bolsonarunun cümə günü atasına dəstək aksiyasına çağırışından sonra həbs etmək qərarına gəlib.
 
70 yaşlı siyasətçinin vəkilləri onun yaşlı, sağlamlıq durumunun isə pis olması səbəbindən cəzasını ev dustaqlığında çəkməsinə təkid ediblər.
 
Xatırladaq ki, Braziliya Ali Məhkəməsi sabiq prezident Jair Bolsonarunu hərbi qüvvələrin iştirakı ilə hazırkı Prezident Lula da Silvaya qarşı sui-qəsd təşkil etməkdə təqsirli bilib. Sentyabrın 12-də Bolsonaru dövlət çevrilişinə cəhd etdiyinə görə 27 il 3 ay müddətinə həbs cəzasına məhkum edilib. Bolsonarudan başqa, bu iş üzrə yeddi tərəfdarı, o cümlədən Braziliyanın yüksəkvəzifəli məmurları da təqsirli biliniblər. Onun əleyhinə irəli sürülən ittihamı beş hakimdən üçü dəstəkləyib.
Chosen
63
1
moderator.az

10Sources