EN

Avropa Trampın sülh planının dörd bəndi ilə razı deyil

Avropanın aparıcı dövlətlərinin liderləri hesab edirlər ki, ABŞ-nin Rusiya-Ukrayna müharibəsinə son qoymaq üçün sülh planının (ABŞ Prezidenti Donald Trampın 28 maddəlik sülh planı - Qeyd) ən azı dörd bəndi dəyişikliklər tələb edir.

Bakıvaxtı.az xəbər verir ki, bu barədə "Bild" qəzeti öz mənbələrinə istinadən məlumat yayıb.

Qəzetin yazdığına görə, ilk növbədə, onlar Rusiyanın Krım, Donbas və digər Ukrayna əraziləri üzərində suverenliyinin tanınması təkliflərindən narazıdırlar.

Bundan əlavə, onlar Ukrayna ordusunun mümkün ixtisarını, təhlükəsizlik təminatlarını və dondurulmuş Rusiya aktivlərindən istifadəni problemli hesab edir və ABŞ-la müzakirə etmək niyyətindədirlər.

"Bild" qeyd edib ki, Almaniya kansleri Fridrix Merts xüsusilə ABŞ-ın aktivlərlə bağlı fikirlərindən qıcıqlanır.

Bundan əvvəl "DPA" xəbər agentliyi bildirib ki, bazar günü Cenevrədə Avropa İttifaqını aparıcı ölkələri, ABŞ və Ukrayna nümayəndələrinin görüşü planlaşdırılır.

Chosen
22
3
bakivaxti.az

10Sources