EN

Azərbaycan Türkiyə və Avstraliyanı bunun üçün təbrik etdi

Azərbaycan Türkiyə və Avstraliyanı COP31-in tərəfdaşlıq şəklində təşkili üçün razılığa gəldiklərinə görə təbrik edib.

"Yeni Sabah" xəbər verir ki, bu barədə "COP29 Azərbaycan" X hesabında paylaşım edib.

Qeyd olunub ki, Azərbaycanın xarici işlər nazirinin müavini, baş danışıqçı Yalçın Rəfiyev Braziliya səfiri Maurisio Lyrio ilə birlikdə bu danışıqlarda vasitəçilik etməkdən şərəf duyub:

"Bu innovativ yanaşmaya razılıq verdikləri üçün iştirak edən hər kəsə və bütün Tərəflərə təşəkkür edirik. Həmçinin Efiopiyanı COP32-yə ev sahibliyi edən kimi səmimi qəlbdən salamlayırıq. Azərbaycan hər kəsin COP31 və COP32-də uğur qazanmağa davam etməsi üçün tam dəstəyimizi təqdim etməyə hazırdır".


Telegram kanalımız
Chosen
25
9
yenisabah.az

10Sources