EN

“Noyer əla formadadır, gələcəyinə baxacağıq”

“Bavariya”nın idman direktoru Kristofer Froynd komandanın qapıçısı Manuel Noyerin klubdakı gələcəyi barədə danışıb.

90deqiqe.Az xəbər verir ki, "Sky Sport Germany" Froyndun dediklərini belə çatdırıb.

“Biz heç bir təzyiq hiss etmirik. Manuel də yox. O özü də deyib ki, sağlam və formda olmağı vacibdir. Vəziyyət həqiqətən belədir – Noyer əla formadadır və mövsümü yüksək səviyyədə keçirir. Əsas odur ki, o, özünü yaxşı hiss etsin. Zaman göstərəcək”.

Manuel Noyer “Bavariya”da 2011-ci ilin yayından çıxış edir. Onun klubla müqaviləsi 30 iyun 2026-cı ilə qədərdir. Cari mövsümdə qapıçı bütün yarışlarda 15 matçda fasiləsiz oynayıb.

Chosen
12
90deqiqe.az

1Sources