Azərbaycan millisinin üzvü Rüfət Abdullazadənin forma geyindiyi “Varajdin” klubu Xorvatiya çempionatında növbəti oyununu keçirib.
Offsideplus.az xəbər verir ki, komanda Zaqreb “Dinamo”suna 1:3 hesabı ilə məğlub olub.
Abdullazadə isə bu matçda meydana çıxmayıb.
Qeyd edək ki, 19 xalı olan “Varajdin” turnir cədvəlində dördüncüdür.