EN

Trampın Ukrayna ilə bağlı əlavə təklifi də olacaq

ain.az, Reyting.az portalına istinadən məlumat verir.

Vaşinqtonun irəli sürdüyü Ukrayna böhranının nizamlanması planı Kiyevə təqdim olunmuş “son təklif” deyil.Reyting.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp bəyan edib.Jurnalistlərlə söhbət zamanı Trampdan bunun Ukraynaya yönəlmiş “son təklif” olub-olmadığı soruşulub. “Xeyr”, - deyə amerikalı lider cavab verib. “Biz sülhə nail olmaq istəyirik. Bu, çoxdan baş verməli idi. Biz buna hər nə yolla olur-olsun son qoymağa çalışırıq”, - o bildirib.Trampdan həmçinin soruşublar ki, əgər Ukrayna prezidenti Vladimir Zelenski Vaşinqtonun təklif etdiyi planı qəbul etməsə, ABŞ hansı mövqe tutacaq. “O zaman o, əlindən gəldiyi qədər mübarizə aparmağa davam edə bilər”, - deyə ABŞ administrasiyasının rəhbəri qeyd edib.Qərb KİV-lərinin məlumatına görə, plana əsasən, ABŞ və digər ölkələr Rusiyanın Krım, Donbas və Ukraynanın imtina etməli olacağı digər ərazilər üzərində suverenliyini tanımalıdır. Əvəzində Kiyev ABŞ və Avropadan təhlükəsizlik təminatları alacaq. Ukrayna qüvvələrinin çıxarılacağı bölgələrdə demilitarizasiya zonası yaradılması nəzərdə tutulur.“Axios” portalının amerikalı rəsmiyə istinadən xəbər verdiyinə görə, Xerson və Zaporojye vilayətlərindəki təmas xətti dondurulacaq və Rusiya Ukraynaya bəzi rayonları qaytarmağa məcbur olacaq. Ukrayna ordusu xeyli kiçildiləcək və uzaqmənzilli silahlardan məhrum ediləcək. Ölkə ərazisində xarici qoşunların yerləşdirilməsinə qadağa qoyulacaq və rus dilinə dövlət dili statusu veriləcək. “Bloomberg” isə yazır ki, ABŞ-ın yeni planı Rusiyaya qarşı sanksiyaların ləğvini də nəzərdə tutur.E. KAMAL

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
4
1
reyting.az

2Sources