Sea Breeze
Göygöl rayon Heydər Əliyev adına mədəniyyət və istirahət parkında interaktiv kitab köşkü quraşdırılıb“AzerGold” QSC-nin təşəbbüsü və təşkilatçılığı ilə quraşdırılmış müasir formatda interaktiv kitab köşkü sakinlərə istənilən vaxt asan, pulsuz və sərbəst şəkildə kitab əldə etmək imkanı yaradır.Rayon İcra Hakimiyyətinin başçısı kitab köşkü ilə tanış olub. Layihənin üstünlükləri barədə məlumat verilərək bildirilib ki, bu sistem mütaliəni rəqəmsal texnologiyalarla birləşdirən sadə və əlçatan qeydiyyat mexanizmidir. İstifadəçi köşkdə yerləşdirilmiş QR kodu smartfonla oxudaraq elektron qeydiyyatdan keçir və təqdim olunan geniş siyahıdan istədiyi kitabı seçə bilir. Köşkdə dünya klassikləri, müasir Azərbaycan və dünya ədəbiyyatı nümunələri, uşaqlar və yeniyetmələr üçün kitablar, həmçinin biznes və özünüinkişaf mövzularında nəfis tərtibatla çap olunmuş 400-dək yeni kitab təqdim olunur.İcra başçısı layihənin əhəmiyyətini vurğulayaraq, bu imkanlardan istifadənin geniş şəkildə təbliğ edilməsinin vacibliyini qeyd edib.
Medinex
ETX
Medinex
ETX
Medinex
ETX