EN

“Maklaren” Lando Norrisin və Oskar Piastrinin diskvalifikasiyasına etiraz edib

Lando Norris və Oskar Piastrinin Las-Veqas Qran-Prisinin ardından diskvalifikasiyası ilə bağlı qərarın detalları açıqlanıb.

90deqiqe.Az xəbər verir ki, hər iki pilot ikinci və dördüncü yerlərini itirib, səbəb kimi maşınların altındakı sürüşmə lövhələrinin normadan artıq aşınması göstərilib.

“Maklaren” komandasının apardığı izahatlarda hadisəyə təsir edən bir sıra yüngülləşdirici amillər qeyd olunub: trasda gözlənilmədən yüksək “delfin effekti”, cümə günü pis hava şəraiti və azaldılmış məşq vaxtı.

Bundan əlavə, komanda vurğulayıb ki, bolidlərindəki lövhələrin aşınması mövsüm ərzində daha əvvəlki oxşar hallardan daha azdır.

Lakin hakimlər bütün bu arqumentləri yetərsiz sayaraq, Norris və Piastrinin diskvalifikasiyasını ləğv etməyiblər.

Chosen
80
90deqiqe.az

1Sources