EN

ABŞ Ukraynaya növbəti xəbərdarlıq etdi

Önümüzdəki aylar Ukrayna Silahlı Qüvvələri üçün kritik olacaq. 

"Unikal" xarici KİV-ə istinadən xəbər verir ki, bunu cəbhədəki vəziyyəti qiymətləndirmək üçün ötən həftə Kiyevə səfər edən amerikalı hərbçilər bildirib. ABŞ rəsmiləri döyüş bölgəsində vəziyyətin Ukrayna tərəfinin xeyrinə olmadığı qənaətinə gəliblər.

"Onlar inanırlar ki, qarşıdakı aylar bizim üçün kritik olacaq və  biz Donetsk bölgəsini itirəcəyik", - KİV yazıb.

Məlumata görə, ABŞ hərbçiləri Kiyevə xəbərdarlıq edib ki, bu baş verərsə, Ukrayna Silahlı Qüvvələri regionu “daha ​​tez” itirəcək.

Chosen
49
7
unikal.az

10Sources