EN

Çarli Kirkin ölümündə bu ölkənin əli var Pavel

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“Amerikalı siyasi fəal Çarli Kirkin ölümündə Fransanın əlinin olması xəbərini tamamilə etibarlı hesab edirəm”.

Globalinfo.az xəbər verir ki, bunu “Telegram”ın yaradıcısı Pavel Durov deyib.

O, Kirkin Prezident Emmanuel Makron və Fransa haqqında söylədiyi hər şeyi nəzərdən keçirərək, bu fikrə gəldiyini qeyd edib.

Bundan əvvəl amerikalı jurnalist Kandis Ouens Fransanın yüksək rütbəli dövlət məmurunun onunla əlaqə saxladığını bildirmişdi. Həmin şəxs ona Çarli Kirkin qatilinin Fransız Legionunun 13-cü Briqadasında təlim keçdiyini çatdırmışdı.

Xatırladaq ki, Çarli Kirk Yuta ştatında universitetdə çıxışı zamanı güllələnib. Mühafizəkar siyasi fəal və publisist, “Turning Point USA” təşkilatının yaradıcısı tələbələr arasında azad bazar, məhdud hökumət və “ənənəvi dəyərlər” ideyalarını təbliğ edirdi.

Əliyar Xəlil

Globalinfo.az

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
79
globalinfo.az

1Sources