EN

Ruslar Çerniqov və Xarkova zərbə endirib

ain.az, Reyting.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Rusiyanın Çerniqova təşkil etdiyi hücum zamanı iki nəfər həlak olub. Xarkov bölgəsində isə dron hücumu nəticəsində ferma yanıb.Reyting.az xəbər verir ki, Ukraynanın Çerniqov şəhər hərbi administrasiyasının rəhbəri Dmitri Brijinski məlumatı təsdiqləyib.Onun sözlərinə görə, “Şahed” dronu yaşayış yerinə düşüb, nəticədə bir ev yanıb, iki nəfər xəsarətlər alıb.Bundan əlavə, Çerniqov bölgəsinin Novqorod-Siverski rayonunun Semenovka ərazi icmasının Jadove kəndinə dron hücumu edilib. “Zərbələr yerli yanğınsöndürmə briqadasının boş binasına, eləcə də yaşayış binasına və yardımçı binaya dəyib. Zərbələr nəticəsində yanğın baş verib və Fövqəladə Hallar Xidməti bölmələri yanğını söndürüb”,- deyə məlumatda bildirilir.Bu arada, Rusiya dronlarının Xarkov bölgəsinə hücumu nəticəsində Çuquevski rayonunun Moskalivka kəndində kənd təsərrüfatı müəssisəsinin ərazisində yanğın baş verib. İlkin məlumatlara görə, 48 yaşlı qadın yaralanıb. Təxminən 60 donuz məhv olub. Fermada yanğın baş verib. Xilasedicilər, eləcə də yerli yanğınsöndürmə idarəsi bütün yanğınları söndürüb.Qeyd edək ki, 24 noyabr gecəsi Rusiya ordusu Xarkova hücum edib. Hücum nəticəsində dörd nəfərin ölüb, 17 nəfər yaralanıb. Onların arasında iki uşaq da var.V. QULİYEV Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
46
1
reyting.az

2Sources