EN

Gürcüstanda meşə yanğını başlayıb, üç helikopter cəlb olunub

ain.az xəbər verir, Apa.az saytına əsaslanaraq.

Gürcüstanın İmereti bölgəsində Xani kəndi yaxınlığında qarışıq meşə yamacında yanğın başlayıb.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstanın Fövqəladə Halların İdarə Olunması Xidmətindən bildirilib.

Yanğının söndürülməsinə 200-ə yaxın yanğınsöndürən, xüsusi texnika və avadanlıqlar cəlb olunub. Əməliyyatda Dövlət Sərhəd Xidmətinin 3 helikopetri də iştirak edir.

Xidmətin məlumatına əsasən, ərazidə operativ qərargah yaradılıb və yanğının yaşayış məntəqələrinə yayılma təhlükəsi yoxdur.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
68
4
apa.az

5Sources