EN

Zelenskinin Trampın sülh planını qəbul etməsinin səbəbiaçıqlanıb

Qərb mediası Ukrayna prezidenti Vladimir Zelenskinin ABŞ prezidenti Donald Tramp administrasiyası tərəfindən hazırlanmış sülh planını niyə qəbul etdiyini açıqlayıb.

Redaktor.az "Axios" nəşrinə istinadla xəbər verir ki, Zelenski bu sənədi ABŞ-nin güclü təzyiqi səbəbindən rədd edə bilməyəcəyini anlayırdı.

Mənbəyə istinadən bildirilir ki, Vaşinqtonun Kiyevə təzyiqi “hər saat artırdı” və Zelenski planı danışıqlar üçün əsas kimi qəbul etməyə məcbur qaldı.

Məlumatda qeyd olunur ki, 23 noyabrda Cenevrədə ABŞ dövlət katibi Marko Rubio və Trampın xüsusi nümayəndəsi Stiven Uitkoffun iştirakı ilə Ukrayna münaqişəsinin nizamlanmasına dair sülh planının son variantını razılaşdırmağa yönəlmiş danışıqlar keçirilib. Müzakirələrin əsas mövzusu məhz Tramp administrasiyasının təqdim etdiyi plan olub.

Ağ Evdən verilən açıqlamada isə bildirilib ki, danışıqlarda iştirak edən Ukrayna nümayəndə heyəti sənədin hazırkı variantının ölkənin milli maraqlarına uyğun olduğunu təsdiqləyib.

Nuriyyə NATİQQIZI

Chosen
315
50
redaktor.az

10Sources