AZ

Vaşinqtonun plan haqda növbəti addımı bilindi Trampın istəyi

ain.az bildirir, GlobalInfo portalına istinadən.

“ABŞ Prezidenti Donald Trampın administrasiyası Rusiyadan Vaşinqtonun yeni sülh planı üzrə danışıqları sürətləndirməyi xahiş etmək niyyətindədir”.

Globalinfo.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti yazıb.

“Ukrayna və ABŞ Cenevrə danışıqlarından sonra prezidentlərə təqdim etmək üçün  yekun işçi layihələri Vaşinqton və Kiyevə çatdıracaq. Ardınca Tramp administrasiyası Moskvaya müraciət edəcək”, – deyə bildirilib.

Noyabrın 23-də Cenevrədə mətbuat konfransında çıxış edən ABŞ-ın dövlət katibi Marko Rubio bəyan edib ki, Avropa İttifaqı (Aİ) və NATO-nun Ukrayna böhranının həlli prosesində iştirakı hələ müzakirə edilməlidir. O bildirib ki, Amerika tərəfinin təklif etdiyi sülh planı daim təkmilləşdirilir.

Rubio xüsusilə Rusiya aktivlərinin taleyi və gələcək sülh danışıqlarında Aİ və NATO-nun rolu ilə bağlı fikir ayrılıqlarının olduğunu vurğulayıb. O əlavə edib ki, bu mübahisəli məsələlər Avropanın milli təhlükəsizlik müşavirləri ilə birgə həll olunacaq.

Əliyar Xəlil

Globalinfo.az

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
20
globalinfo.az

1Mənbələr