EN

“Titanik”dəki qızıl cib saatı rekord qiymətə satıldı Foto

Axsham.az saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

“Titanik” gəmisinin sərnişini, "Macy’s" ticarət şəbəkəsinin şərik sahiblərindən biri olan İsidora Ştrausa məxsus qızıl cib saatı hərracda 2,33 milyon dollara satılıb.

Axşam.az xəbər verir ki, bu, həmin tip saatlar üçün yeni rekord hesab olunur.

Qeyd edək ki, İsidora Ştraus 1912-ci ildə həyat yoldaşı İda ilə birlikdə “Titanik”də birinci sinifdə səyahət edirdi. Faciə gecəsi cütlük xilas qayığına minməkdən imtina edib və gəminin göyərtəsində qalıblar.

Məhz bu həyat hekayəsi rejissor Ceyms Kemeronu “Titanik” filmində yaşlı cütlüyün otaqda bir-birinə sarılıb suyun içində qalması səhnəsini lentə almağa ilhamlandırıb. Saat 1912-ci il aprelin 15-də, gecə saat 2:20-də dayanıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
65
axsam.az

1Sources