EN

KİV: Tramp Maduro ilə birbaşa danışmaq istəyir

BAKI, 25 noyabr. TELEQRAF

ABŞ Prezidenti Donald Tramp Venesuela lideri Nikolas Maduro ilə şəxsi telefon danışığı aparmaq istəyir.

Teleqraf xəbər verir ki, bu barədə "Axios" nəşri məlumat yayıb.

Nəşr bildirir ki, Tramp bu niyyətini artıq öz müşavirlərinə çatdırıb.

Mənbələrin sözlərinə görə, danışıq üçün hazırlıq gedir və hələlik dəqiq tarix müəyyən edilməyib. Trampın Maduro ilə tam olaraq nə müzakirə edəcəyi bilinmir.

"Axios"un rəyinə görə, Trampın belə bir danışıq təşəbbüsü Vaşinqtonun Venesuelaya qarşı mümkün raket zərbələri və ya quru əməliyyatlarının qaçılmaz olmadığını göstərə bilər.

Chosen
62
6
teleqraf.com

7Sources