EN

Qarabağ UEFA Gənclər Liqasında növbəti matçını keçirəcək

ain.az, Apasport saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

"Qarabağ" klubunun U-19 komandası UEFA Gənclər Liqasının əsas mərhələsində növbəti oyununu bu gün keçirəcək.

Apasport.az xəbər verir ki, Rəşad Sadiqovun baş məşqçisi olduğu kollektiv İtaliyada "Napoli"nin müvafiq yaş qrupundan ibarət komandası ilə üz-üzə gələcək.

V turun oyunu Bakı vaxtı ilə saat 19:00-da start götürəcək. Matçı Çexiyadan olan hakim Dominik Starı idarə edəcək.

Qeyd edək ki, əvvəlki 4 qarşılaşmada uduzan "Qarabağ"ın U-19 komandası Liqa mərhələsində sonuncu - 36-cı pillədə qərarlaşıb. Meydan sahibləri 3 xalla 25-cidir.

Antonio Konte: “Qarabağ”la görüş tam fərqli olacaq"

Alleqri "Milan"la 100-cü qələbəsini qazanıb

Samir Abasov da getsə... - "Qarabağ" ona görə "Qarabağ"dır

"Qarabağ" “Napoli” ilə oyundan öncə azarkeşlərinə müraciət edib

Günün oyunları bu kanallarda

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
85
3
apasport.az

8Sources