EN

12 min ildən sonra ilk dəfə püskürən vulkan- ANBAAN VİDEO

Efiopiyanın şimal-şərqində, Eritreya sərhədinə yaxın Afar bölgəsində yerləşən Hayli Gubbi vulkanında təxminən 12 min ildən sonra ilk püskürmə baş verib. AzPost xəbər verir ki, hadisə nəticəsində xəsarət alan olmayıb və ciddi maddi ziyan qeydə alınmayıb.

Rəsmi məlumatlara görə, püskürmə zamanı çıxan kül yaxınlıqdakı bir neçə kəndi tamamilə örtüb. Qeyd olunur ki, kül və tüstü buludu küləklərin təsiri ilə Yəmən, Oman, Hindistan və Pakistan istiqamətində hərəkət edir.

Smithsonian İnstitutunun Qlobal Vulkanizm Proqramının açıqlamasında bildirilib ki, Hayli Gubbi vulkanında son püskürmə Holosen dövrünün başlanğıc mərhələsinə — Son Buzlaşma dövrünün bitdiyi vaxtlara təsadüf edir. Bu isə vulkanın fəaliyyətində 12 min ildən çox fasilədən sonra baş verən ilk aktivlikdir.

Hazırda Afar bölgəsində külün yayılması ilə bağlı müşahidələr gücləndirilib və yerli əhaliyə ehtiyat tədbirləri görmək tövsiyə edilir.

AzPost.az

Chosen
66
1
azpost.info

2Sources