EN

Bakıda SPE 2025 Xəzər Texniki Konfransı keçirilir

Bakı. Trend:

Bu gün Bakıda SPE (Society of Petroleum Engineers) tərəfindəntəşkil edilən 2025 Xəzər Texniki Konfransı keçirilir.

Trend xəbərverir ki, builki konfrans ev sahibi SOCAR-ın dəstəyi ilə keçirilirvə "Keçmişdən öyrənirik, bu günü yeniləyirik, gələcəyiilhamlandırırıq" mövzusu altında birləşdirilib.

İki gün davam edəcək konfransda iştirakçıları rəqəmsallaşma,süni intellektin tətbiqi, yataqların səmərəliliyinin artırılması,eləcə də təhlükəsizlik və dayanıqlı təchizat məsələləri üzrəmüzakirələr gözləyir – bunlar regional energetikanın inkişafınımüəyyən edən əsas istiqamətlərdir.

Proqramda açılış mərasimi, SPE-nin regional mükafatlarınıntəqdimatı, iki yüksək səviyyəli plenar sessiya və iyirmidən çoxtematik bölmə yer alır. Burada həm praktiki nümunələr, həm dəanalitik məruzələr səsləndiriləcək.

Spikerlər arasında ən böyük beynəlxalq şirkətlərin və tədrismərkəzlərinin nümayəndələri də olacaq.
Eyni zamanda texnoloji sərgi fəaliyyət göstərəcək, burada şirkətləryeni alətlərini, mühəndislik həlləri və gələcəkdə sahənin simasınıformalaşdıracaq işləmələrini təqdim edəcəklər.

Qeyd edək ki, SPE (neftçilər-mühəndisləri cəmiyyəti) 146 ölkədən132 min mütəxəssisi birləşdirən beynəlxalq təşkilatdır. SPE peşəkarstandartları inkişaf etdirir, təhsil proqramları yaradır, sahəviicmaları dəstəkləyir və bilik mübadiləsi üçün platforma rolunuoynayır. SPE-nin ofisləri Kalqari, Dallas, Dubay, Hyuston vəKuala-Lumpurda fəaliyyət göstərir.

Xəbər yenilənəcək

Məqalədə:
Chosen
66
11
az.trend.az

10Sources