EN

“AFEN Plaza”da baş verən partlayışa səbəb kimi yol təmirinin göstərilməsi hazırda sadəcə iddiadır - Anar Nəcəfli

Bakı.Trend:

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarındaNərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən “AFEN Plaza”dapartlayış baş verib.

“AFEN Plaza”nın sahibi Əbülfət Əliyev jurnalistlərəaçıqlamasında bildirib ki, bir neçə gün əvvəl yol təmiri işlərizamanı yaxınlıqdan keçən yerin altında magistral kəmərzədələnib:

Səsləndirilən iddialarla bağlı Azərbaycan Avtomobil YollarıDövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Trend-ə açıqlamasındabildirib ki, “AFEN Plaza”da baş verən partlayışla bağlı ərazidəAAYDA və digər aidiyyəti qurumlar tərəfindən araşdırmaaparılır.

“Ərazidəki partlayışla bağlı araşdırmanın nəticəsi ictimaiyyətəaçıqlanacaq. Hadisəyə səbəb kimi yol təmirinin göstərilməsi hazırkıvaxtda sadəcə iddiadır”.

O bildirib ki, orda “Həsən Əliyev – Koroğlu” layihəsinin icrasıgedir.

“Ərazidə layihə üzrə podratçı şirkət müqavilə əsasındaçalışır”,-deyə Anar Nəcəfli əlavə edib.

Məqalədə:
Chosen
7
2
az.trend.az

4Sources