AZ

Plazadakı partlayış yol təmirinə görə olub? - RƏSMİ AÇIQLAMA

Xəbər verdiyimiz kimi, dünən səhər saatlarında Nərimanov rayonu Əhməd Rəcəbli küçəsində yerləşən "AFEN Plaza"da partlayış baş verib.

"AFEN Plaza"nın sahibi Əbülfət Əliyev jurnalistlərə açıqlamasında bildirib ki, bir neçə gün əvvəl yol təmiri işləri zamanı yaxınlıqdan keçən yerin altında magistral kəmər zədələnib:

Day.Az xəbər verir ki, səsləndirilən iddialarla bağlı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat katibi Anar Nəcəfli Trend-ə açıqlamasında bildirib ki, "AFEN Plaza"da baş verən partlayışla bağlı ərazidə AAYDA və digər aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.

"Ərazidəki partlayışla bağlı araşdırmanın nəticəsi ictimaiyyətə açıqlanacaq. Hadisəyə səbəb kimi yol təmirinin göstərilməsi hazırkı vaxtda sadəcə iddiadır".

O bildirib ki, orda "Həsən Əliyev - Koroğlu" layihəsinin icrası gedir.

"Ərazidə layihə üzrə podratçı şirkət müqavilə əsasında çalışır",-deyə Anar Nəcəfli əlavə edib.

Seçilən
1
2
day.az

4Mənbələr