EN

Bakıda ana üçgünlük körpəsini dənizə ataraq öldürdü

Bakıda ana yeni doğulmuş körpəsini öldürüb.

Qaziler.az APA-ya istinadla xəbər verir ki, hadisə Xəzər rayonunda baş verib.

Noyabrın 11-də Bakı şəhər sakini 1984-cü il təvəllüdlü Pərvanə Eyvazova üçgünlük oğlan uşağını Türkan qəsəbəsinin ərazisində dənizə ataraq öldürüb.

Polis əməkdaşları tərəfindən görülmüş tədbirlərlə P.Eyvazova tutulub.

Meyitin tapılması istiqamətində tədbirlər görülür.

Faktla bağlı araşdırma aparılır.

Chosen
98
35
qaziler.az

10Sources