EN

Azərbaycan yeddi ölkə ilə diplomatik və xidməti pasportlar üçün viza tələbini ləğv edir

Azərbaycanla yeddi ölkə arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı şəkildə azad edilməsi razılaşdırılıb.

BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələlər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.

Belə ki, layihəyə əsasən, Azərbaycanla Maldiv, Anqola, Bəhreyn, Cibuti, Dominikan, Qvineya-Bisau və Surinam arasında diplomatik və xidməti pasport sahibləri vizadan azad olunacaqlar.

Müvafiq qanun layihələri birinci oxunuşdan qəbul edilib.

Chosen
79
far.az

1Sources