Azərbaycanla yeddi ölkə arasında diplomatik və xidməti pasport sahiblərinin vizadan qarşılıqlı şəkildə azad edilməsi razılaşdırılıb.
BAKU.WS Oxu.az-a istinadən xəbər verir ki, sözügedən məsələlər Milli Məclisin bugünkü plenar iclasında müzakirəyə çıxarılıb.
Belə ki, layihəyə əsasən, Azərbaycanla Maldiv, Anqola, Bəhreyn, Cibuti, Dominikan, Qvineya-Bisau və Surinam arasında diplomatik və xidməti pasport sahibləri vizadan azad olunacaqlar.
Müvafiq qanun layihələri birinci oxunuşdan qəbul edilib.