EN

Makron: “Müharibədən sonra Ukraynaya 3 ölkənin hərbçiləri daxil olacaq” - VİDEO

Sülh müqaviləsi imzalandıqdan, müharibə bitdikdən sonra Ukraynanın bir sıra şəhərlərində “çəkindirici qüvvələr” yerləşdirilə bilər. Söhbət ön xətdən uzaq zonalardan gedir: Kiyev, Odessa və digər şəhərlər.

Bizim.Media xəbər verir ki, bunu televiziyaya müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.

Onun sözlərinə görə, missiyada Fransa, Böyük Britaniya və Türkiyə hərbçiləri iştirak edəcək:

“Tapşırıqlar Ukrayna ordusunun hazırlanması və təhlükəsizlik təminatı, mexanizm isə NATO formatı deyil — hökumətlərarası koalisiya modeli olacaq”.

Prezident əlavə edib ki, bu misssiyaya təxminən 20 ölkə quru, dəniz və hava komponentləri ilə qoşulmağa hazırdır.


Bizim.Media

Chosen
75
50
bizim.media

10Sources