EN

Makron: “Müharibədən sonra Ukraynaya 3 ölkənin hərbçiləri daxil olacaq” VİDEO

ain.az xəbər verir, Bizim media saytına əsaslanaraq.

Sülh müqaviləsi imzalandıqdan, müharibə bitdikdən sonra Ukraynanın bir sıra şəhərlərində “çəkindirici qüvvələr” yerləşdirilə bilər. Söhbət ön xətdən uzaq zonalardan gedir: Kiyev, Odessa və digər şəhərlər.Bizim.Media xəbər verir ki, bunu televiziyaya müsahibəsində Fransa prezidenti Emmanuel Makron deyib.Onun sözlərinə görə, missiyada Fransa, Böyük Britaniya və Türkiyə hərbçiləri iştirak edəcək:“Tapşırıqlar Ukrayna ordusunun hazırlanması və təhlükəsizlik təminatı, mexanizm isə NATO formatı deyil — hökumətlərarası koalisiya modeli olacaq”.Prezident əlavə edib ki, bu misssiyaya təxminən 20 ölkə quru, dəniz və hava komponentləri ilə qoşulmağa hazırdır.

Bizim.Media

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
54
1
bizim.media

2Sources