EN

Ceyhun Bayramov Vatikan rəsmisi ilə görüşdü

Xarici işlər naziri Ceyhun Bayramov Vatikana rəsmi səfəri çərçivəsində Müqəddəs Taxt-Tacın dövlətlər və beynəlxalq təşkilatlarla əlaqələr üzrə katibi, arxiyepiskop Pol Riçard Qallager (Paul Richard Gallagher) ilə görüşüb.

"Yeni Sabah" xəbər verir ki, Tərəflər Heydər Əliyev Fondunun dəstəyi ilə Vatikan ərazisində həyata keçirilən dini və mədəni irsin qorunması və bərpasına dair uğurlu layihələri müzakirə edərək bunun dünya dini və mədəni irsinin mühafizəsinə mühüm töhfə olduğunu vurğulayıblar.

Azərbaycanın dini abidələrin qorunmasına və multikulturalizmin təşviqinə həm ölkə daxilində, həm də beynəlxalq müstəvidə uzun illərdir sadiqliyi də xüsusi vurğulanıb.


Telegram kanalımız
Chosen
34
4
yenisabah.az

5Sources