EN

İtaliya klubunun yarımmüdafiəçisi "Real"a qayıtmağa yaxındır

İtaliya A Seriyası təmsilçisi "Komo"nun və Argentina millisinin yarımmüdafiəçisi Niko Pas "Real"a (İspaniya) qayıtmağa yaxındır.

ÖlkÉ™.az "Report"a istinadÉ™n xÉ™bÉ™r verir ki, 21 yaÅŸlı futbolçu ilÉ™ Madrid tÉ™msilçisi arasında artıq razılıq É™ldÉ™ olunub.

Lakin transferin yayda baş tutacağı gözlənilir. N.Pas ötən yay 6 milyon avro qarşılığında "Real"dan İtaliya klubuna keçib. Tərəflər arasında bağlanan müqavilədə geri alış şərti də yer alıb. Futbolçunun hazırkı qiymətinin 9 milyon avro təşkil etdiyi bildirlib.

Qeyd edək ki, argentinalı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 12 matçda 5 qola, 4 məhsuldar ötürməyə imza atıb.

Chosen
11
2
olke.az

3Sources