AZ

İtaliya klubunun yarımmüdafiəçisi Real a qayıtmağa yaxındır

Olke.az portalından verilən məlumata görə, ain.az xəbər yayır.

İtaliya A Seriyası təmsilçisi "Komo"nun və Argentina millisinin yarımmüdafiəçisi Niko Pas "Real"a (İspaniya) qayıtmağa yaxındır.

Ölkə.az "Report"a istinadən xəbər verir ki, 21 yaşlı futbolçu ilə Madrid təmsilçisi arasında artıq razılıq əldə olunub.

Lakin transferin yayda baş tutacağı gözlənilir. N.Pas ötən yay 6 milyon avro qarşılığında "Real"dan İtaliya klubuna keçib. Tərəflər arasında bağlanan müqavilədə geri alış şərti də yer alıb. Futbolçunun hazırkı qiymətinin 9 milyon avro təşkil etdiyi bildirlib.

Qeyd edək ki, argentinalı yarımmüdafiəçi cari mövsümdə meydana çıxdığı 12 matçda 5 qola, 4 məhsuldar ötürməyə imza atıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
2
olke.az

3Mənbələr