Axar.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.
“Real”ın əsas qapıçısı Tibo Kurtua Çempionlar Liqasının 5-ci turunda Yunanıstanda “Olimpiakos”la keçiriləcək səfər oyununu buraxacaq.
Axar.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Madrid klubunun mətbuat xidməti məlumat yayıb.
33 yaşlı belçikalı qapıçıda mədə-bağırsaq infeksiyası aşkarlanıb.
Gözlənilir ki, bu mövsüm “Real”ın heyətində hələ meydana çıxmamış ukraynalı qapıçı Andrey Lunin Kurtuanın yerini tutacaq.
Komandalar arasındakı oyun noyabrın 26-da baş tutacaq və Bakı vaxtı ilə 00:00-da başlayacaq.
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.