EN

Nazirliyin qrant layihəsinə qoşulan özəl bağçalar qiymətləri artırdıVİDEO

Bir neçə ay bundan öncə fərqli qiymətə  təklif olunan bağçaların indi qiymətləri 100 manata qədər artıb. Hətta elə bağçalar var ki, qiymət artımı daha çoxdur.

Bu iddialarla “Xəzər Xəbər”ə müraciət edən valideyn Günel Bayramlının sözlərinə görə, qiymət artımı daha çox Elm və Təhsil Nazirliyinin qrant layihəsinə qoşulan bağçalarda hiss olunur.

Xezerxeber.az-ın məlumatına görə, valideynləri maraqlandıran da budur ki, birdən birə bu qədər qiymət fərqinin yaranmasına səbəb nədir?

Biz də məsələnin nə qədər dəqiq olduğunu öyrənmək üçün bir necə bağça ilə telefon əlaqəsi saxladıq. Onlar da qiymət artımının olduğunu təsdiqlədilər.

Qiymətlərin artırılmasının səbəbini isə hər bağça fərqli şəkildə izah etdi.

Bəzi bağçalar isə artırılan qiymətlərin fonunda qrant layihə zamanı tələblərinin daha da artacağı təqdirdə qiymətələrə yenidən baxılacağını bildirdilər.

Məsələ ilə bağlı Elm və Təhsil Nazirliyindən isə bildirildi ki, məsələ araşdırılacaq.

Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir. 

Chosen
106
xezerxeber.az

1Sources