EN

“Kompani hər sahədə mükəmməl olacaq”

“Arsenal”ın baş məşqçisi Mikel Arteta həmkarı – “Bavariya”nın baş məşqçisi Vensan Kompani barədə fikirlərini bölüşüb.

90deqiqe.Az-ın məlumatına görə, təcrübəli çalışdırıcı bu barədə klubun rəsmi saytına açıqlamasında bildirib.

“Mən əvvəlcədən hiss edirdim ki, Vinni seçdiyi hər sahədə mükəmməl olacaq və çox şadam ki, onun üçün hər şey uğurla nəticələndi. Onun xarizması, zəka, futbola sevgisi və işgüzarlığı var. Mən bilirdim ki, o, əlinə nə alsa, bunu həqiqətən yaxşı edəcək”

Qeyd edək ki, Kompani “Bavariya”da ikinci mövsümünü keçirir. Ötən mövsüm onun rəhbərliyi altında Münhen klubu Bundesliqa çempionluğunu geri qazanıb.

26 noyabr çərşənbə günü “Arsenal” UEFA Çempionlar Liqasının çərçivəsində “Bavariya” ilə ev oyununa çıxacaq. Matç Londonda, “Emirates” stadionunda keçiriləcək.

Chosen
76
90deqiqe.az

1Sources