EN

Çempionlar Liqası: "Napoli" və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin V turunda qarşılaşacaq "Napoli" (İtaliya) və "Qarabağ" komandalarının start heyətləri açıqlanıb.

Moderator.az-ın məlumatına görə, "Stadio Diego Armando Maradona" stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 00:00-də başlayacaq.

Komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

"Napoli": Milinkoviç Saviç, Alessandro Buoncorno, David Neres, Skott Maktominey, Amir Rahmani, Matias Olivera, Rasmus Hoylunn, Covanni Di Lorenso (k), Sam Byokema, Stansislav Lobotka, Noa Lanq

"Qarabağ": Mateuş Koxalski, Mateus Silva, Marko Yankoviç, Abdullah Zubir (k), Emanuel Addai, Bəhlul Mustafazadə, Leandro Andrade, Kamilo Duran, Pedro Bikalyo, Elvin Cəfərquliyev, Kevin Medina.

Chosen
24
50
moderator.az

10Sources