AZ

“Qarabağ” səfərdə "Napoli"yə məğlub olub

“Qarabağ” bu gün UEFA Çempionlar Liqasında növbəti oyuna çıxıb.

Apasport.az xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv “Napoli”nin qonağı olub.

İtaliyada baş tutan görüşə saat 00:00-da start verilib.

Gərgin keçən matçda təmsilçimiz rəqibinə 0:2 hesabı ilə məğlub olub.

UEFA Çempionlar Liqası
V tur

25 noyabr

00:00 Napoli – Qarabağ 2:0


***

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyununda ikinci hissə başlayıb.



***


UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyununda ilk hissə başa çatıb.

APA xəbər verir ki, komandalar “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşmanın fasiləsinə qolsuz heç-heçə ilə yollanıb - 0:0.

***
00:01

UEFA Çempionlar Liqasının əsas mərhələsində İtaliyada “Napoli” və “Qarabağ” komandaları arasında keçirilən V tur oyunu start götürüb.

APA xəbər verir ki, “Dieqo Armando Maradona” stadionunda oynanılan qarşılaşma Bakı vaxtı ilə gecə saat 00:00-da başlayıb.

Matçı polşalı FIFA referisi Şimon Marçinyak idarə edir.

Seçilən
17
1
apa.az

10Mənbələr