EN

Üzünüze gündə bir dəfə yuyun

ain.az bildirir, Axsham.az portalına istinadən.

Səhər və axşam üz yumaq dərinin vaxtından əvvəl qocalmasına səbəb ola bilər.

Axşam.az xəbər verir ki, bu barədə Britaniya alimləri araşdırma aparıblar.

Tədqiqatda 100-dən çox insan iştirak edib və onlar iki qrupa bölünüb: birinci qrupda epidermis problemi olanlar, ikinci qrupda isə sağlam dəriyə malik şəxslər olub.

Araşdırmanın nəticəsinə görə, həm səhər, həm də axşam üzünü yuyan insanlar 5 ballıq şkala üzrə dərilərinin vəziyyətini 2 balla qiymətləndiriblər. Bunun səbəbi, yuma zamanı dəridə olan və dərini cavan saxlayan "acinetobacter" bakteriyasının silinməsidir.

Alimlər məsləhət görürlər ki, üzün gündə cəmi bir dəfə yuyulması vacibdir. Bu zaman dəri üçün faydalı mikroorqanizmlər qorunub saxlanır və dərinin cavan qalmasına kömək edir. Onlar həmçinin düzgün qidalanmanı, fiziki aktivliyi, sağlam yuxunu və zərərli vərdişlərdən uzaq durmağı tövsiyə edirlər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
118
8
axsam.az

9Sources