Bakı, 26 noyabr, AZƏRTAC
“Qarabağ” çətin komandadır.
AZƏRTAC xəbər verir ki, bu sözləri İtaliyanın “Napoli” komandasının baş məşqçisi Antonio Konte UEFA Çempionlar Liqasının əsas mərhələsinin V turunda evdə “Qarabağ”a 2:0 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında deyib.
O, Çempionlar Liqasında asan rəqibin olmadığını söyləyib: “Qarabağ” “Çelsi” və “Benfika” ilə matçlarda nəyə qadir olduğunu göstərib. Komandamın qol vuracağına inanırdım. Rəqibin qapıçısı Mateuş Koxalski də əla qurtarışlarla yadda qaldı”.