Çində küçə mübahisəsi turistləri təəccübləndirib.
İnterpress.az xəbər verir ki, bu barədə sosial şəbəkələrdə yayılan video və paylaşımlar məlumat yayıb. Ölkədə küçə davaları cinayət sayıldığı üçün insanlar əl qaldırmamağa üstünlük verir.
Çinə səfər edən bir xarici turist ilk dəfə şahidi olduğu küçə mübahisəsini paylaşaraq yerli “dava mədəniyyətinin” fərqliliyini diqqətə çatdırıb.
Onun sözlərinə görə, tərəflər bir-birinə əl qaldırmaq əvəzinə yüksək səslə mübahisə edir, bir-birinə tüpürür və tezliklə ətrafdakılar tərəfindən sakitləşdirilir.
Məlumata görə, Çində küçə dava-dalaşı cinayət sayılır. Ciddi fiziki zorakılıq halları cərimə və həbs cəzası, xüsusilə ağır nəticələr olduqda isə daha ağır sanksiyalarla nəticələnə bilər.
Bu səbəbdən ölkədə münaqişələr çox vaxt “söz savaşı” və ya “tüpürcək davası” ilə məhdudlaşır.
Yerli sakinlərə görə, hüquqi risklər insanları emosiyalarını nəzarətdə saxlamağa məcbur edir və ictimai asayişi qorumağın əsas mexanizmlərindən biri də məhz budur.
Xuraman Etibarlı
İnterpress.az