EN

Neymar bu il meydana çıxa bilməyəcək

“Santos”un futbolçusu Neymar yenidən zədələnib.

Gundem.az xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Bildirilib ki, 33 yaşlı hücumçu sol dizindən zədə alıb. O, Braziliya A seriyasının 35-ci turunun “İnternasional”la oyunu ərəfəsində ağrı hiss edib və bu səbəbdən matçı buraxıb. 

Forvardın növbəti oyuna qatılacağı gözlənilirdi, lakin onun zədəsinin daha ciddi olduğu müəyyənləşib. Braziliyalı forvard bu il meydana çıxmayacaq.

Chosen
17
3
gundem.az

5Sources