EN

Şəki Siti dəki xaos başa çatmaq üzrədir SON DURUM

Fanat portalından verilən məlumata görə, ain.az xəbər yayır.

2-ci Liqa təmsilçisi "Şəki Siti"nin futbolçu və məşqçi heyətinin 2 aydır ki, maaş üzünə həsrət qaldığını diqqətinizə çatdırmışıq. Ardından isə AFFA-nın işə qarışaraq FİF-in (Futbolun İnkişaf Fondu) ofisində Şəkinin icra başçısı Elxan Usubovun, öhdəliklərini yerinə yetirməyən titul sponsoru "Flybast"ın direktoru Rövşən Abdullayevin və klub rəsmilərinin iştirakı ilə görüş keçirdiyini də sizlərlə paylaşmışıq.

Fanat.Az-ın əldə etdiyi son məlumata görə, Abdullayev çempionatın 10-cu turu çərçivəsində "Dinamo" üzərində dünən səfərdə qazanılan qələbədən (5:0) sonra komanda üzvlərinə xoş xəbər çatdırıb.

Adı Şəki təmsilçisinin formasında əksini tapan turizm şirkətinin rəhbəri problemin aradan qaldırıldığını və 11-ci turda "Quba"ya qarşı keçiriləcək vacib ev oyununa qədər bütün borcların bağlanacağını söyləyib. Ötən həftə məşq etməyən, yalnız "Dinamo" ilə matçdan 1 gün öncə bir araya gələrək oyuna çıxan kollektiv sabahdan çalışmalara start verəcək. Məsələni diqqətdə saxlayacağıq.

Qeyd edək ki, hazırda 22 xalı olan "Şəki Siti" 2-ci Liqanın turnir cədvəlində 4-cü pillədə mövqe tutub. Şəki təmsilçisini şərikli liderlərdən - "Xankəndi" və "Qaradağ Lökbatan"dan 5 xal ayırır. 23 xala malik "Quba" isə 3-cü sıradadır.

Nihat

Abunə Ol

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
39
1
fanat.az

2Sources