"Əl-Nəsr"in ulduzu Kriştiano Ronaldonun nişanlısı Corcina Rodriqes Dohadan yeni fotolar paylaşıb.
Publika.az xəbər verir ki, o, Qətərin paytaxtının futuristik siluetini fon kimi istifadə edərək kadrları bölüşüb. Corcina bədənini və stilini önə çıxaran libasda poz verib.
Şəkillər dərhal yüz minlərlə bəyənmə toplayıb. İzləyicilər onun görünüşünə heyran qalıb və komplimentlər yazıblar.
Corcina Ronaldo ilə birlikdə Qətər və region ölkələrini tez-tez ziyarət edir.