EN

ABŞ-nin büdcə kəsiri rekord $284 milyarda çatıb və 2020-ci ilin pandemiya göstəricisini üstələyib

ABŞ-nin federal büdcə kəsiri oktyabr ayında 284 milyard dollar təşkil edib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 10% çoxdur. Bu barədə çərşənbə axşamı ölkənin Maliyyə Nazirliyi məlumat verib.

İlk baxışda rəqəm qorxuducu görünür, çünki o, COVID dövrü olan 2020-ci ildə qeydə alınmış həmin ay üçün rekord kəsiri də üstələyib. Lakin bu göstəriciyə hökumətin qismən bağlanması (“şatdaun”) ciddi təsir göstərib: noyabr ayında həyata keçirilməsi nəzərdə tutulan müdafiə və səhiyyə sahələrinə aid təxminən 105 milyard dollarlıq ödənişlər bir ay əvvəl — oktyabrda həyata keçirilib. Bu ödənişlər istisna olunsa, oktyabrın büdcə kəsiri təxminən 180 milyard dollar (-29% illik) təşkil edərdi ki, bu da daha məqbul rəqəmdir.

Oktyabr ayında ABŞ federal büdcəsinin ümumi xərcləri, yuxarıda qeyd olunan “noyabr” ödənişləri də daxil olmaqla, 689 milyard dollar olub — bu, ötən ilin eyni dövründən 18% çoxdur.

Oktyabrda ABŞ federal büdcəsinin gəlirləri 404 milyard dollar (+24% illik) təşkil edib ki, bu da həmin ay üçün rekord göstəricidir.

Xalis gömrük rüsumları oktyabrda büdcənin ən böyük mənbələrindən biri olub və 31,4 milyard dollarla yeni aylıq rekorda çatıb. Bu rəqəm sentyabrda qeydə alınmış əvvəlki 29,7 milyard dollarlıq rekordu keçib və 2024-cü ilin oktyabrındakı 7,3 milyard dollarlıq göstəricidən dörd dəfədən çoxdur.

Chosen
11
banker.az

1Sources