EN

Günay Ağamalı təkzib etdi: O qız mənim övladım deyil!

Ajans.az xəbər verir ki, Deputat bu barədə öz açıqlamasında iddiaları təkzib edib. O bildirib ki, yayılan videodakı şəxs onun qızına oxşasa da, övladı deyil: "Bu cür saxta materiallardan istifadə etməklə ailəmə, övladlarıma və fəaliyyətimə kölgə salmaq cəhdi həm hüquqi, həm də mənəvi baxımdan yolverilməzdir”. Deputat bildirib ki, hər bir vətəndaş Konstitusiya ilə təsbit edilmiş şəxsi toxunulmazlıq hüququna malikdir.

"Bizi yolumuzdan heç kim çəkindirə bilməz. Bu yolda atdığımız hər bir addım, gördüyümüz hər bir iş dövlətimizin və xalqımızın mənafeyinə xidmət edir və bundan sonra da belə olacaq. Media qurumlarını və cəmiyyətə yanlış məlumat ötürənləri qanunvericiliyin tələblərinə əməl etməyə çağırıram", - deyə Günay Ağamalı vurğulayıb.(Mənbə: Modern)

Chosen
20
7
Ajans.az

4Sources