EN

İtlərdə canavar DNT-si tapılıb  

ABŞ Təbiət Tarixi Muzeyinin tədqiqatçıları müasir itlərin əksəriyyətində zəif, lakin aşkar edilən canavar DNT-si tapıblar. Tədqiqat çərçivəsində itlərin və canavarların 2700-dən çox genomu təhlil edilib. Məlum olub ki, iki fərqli heyvanın oxşar genləri onların bədən ölçüsünə, qoxu hissi və davranış xüsusiyyətlərinə təsir göstərir. Ən yüksək canavar gen tərkibi "Wolfdogs" və "Wolfhounds" cins itlərində müşahidə edilib

Təhlil, həmçinin itlərdə canavar genlərinin nisbəti ilə davranış xüsusiyyətləri arasında əlaqəni də ortaya çıxarıb. Minimum canavar DNT-si olan cins itlər daha çox mehriban, itaətkar və asanlıqla öyrədilir. Daha yüksək canavar geninə malik itlər isə çox vaxt müstəqil, ehtiyatlı və yad insanlara daha az güvənən olurlar.

Ülkər XASPOLADOVA,

 “Azərbaycan”

Chosen
72
2
azerbaijan-news.az

3Sources