EN

Naxçıvanda “Şərur Yallısı” haqqında film çəkilir

Naxçıvan, 26 noyabr, AZƏRTAC

Naxçıvanda Azərbaycan Respublikası Kino Agentliyinin dəstəyi ilə yeni film çəkilir.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, ekran əsəri qədim xalq oyunu olan Şərur yallısına həsr olunub.

Filmin rejissoru əslən naxçıvanlı olan Orxan Cabbarovdur. Layihə Şərur bölgəsinin zəngin mədəni irsini, yallının ritual və sosial mənalarını, eləcə də bu ənənənin müasir dövrdə yaşadılma formasını sənədli və bədii üslublarını tamaşaçılara təqdim etmək məqsədi daşıyır.

Filmin çəkilişləri Naxçıvan şəhərində və muxtar respublikanın müxtəlif bölgələrində həyata keçiriləcək.

Chosen
75
3
azertag.az

4Sources