EN

Huşunu itirən Qarabağ ın oyunçusunun son vəziyyəti açıqlandı

ain.az bildirir, Axar.az portalına istinadən.

UEFA Çempionlar Liqasının liqa mərhələsinin V turunda İtaliyada “Napoli” ilə keçirilən oyunun ikinci hissəsinin əvvəlində zədə alan “Qarabağ”ın futbolçusu Kevin Medinanın durumuna aydınlıq gəlib.

Ağdam təmsilçisinin mətbuat xidmətindən Axar.az-a verilən məlumata görə, bu gün aparılan müayinələr nəticəsində müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib. Komanda sabah istirahət edəcək. Medinanın noyabrın 28-dən komanda ilə məşqlərə qoşulması gözlənilir.

Qeyd edək ki, oyun epizodlarının birində rəqib futbolçunun qüvvətli zərbəsindən sonra Kevin Medinanın üzünə tuş gəlib. Nəticədə kolumbiyalı futbolçu huşunu itirib. Müdafiəçi oyuna davam etmək istəsə də, baş məşqçi Qurban Qurbanov tərəfindən 60-cı dəqiqədə əvəzlənib.

Qarşılaşma “Napoli”nin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
60
5
axar.az

10Sources