UEFA Çempionlar Liqasının əsas mərhələsinin 5-ci turunda İtaliyada “Napoli” ilə keçirilən səfər oyununda zədə alan “Qarabağ”ın futbolçusu Kevin Medinanın hazırkı durumu bəlli olub.
Paralel.az xəbər verir ki , bu gün aparılan müayinələrdən sonra kolumbiyalı müdafiəçinin vəziyyətinin normal olduğu müəyyənləşib.
MÖVZU İLƏ BAĞLI:
Kevin Medina huşunu itirdi - ANBAAN VİDEO
32 yaşlı futbolçunun komandanın növbəti məşqindən etibarən heyətə qoşulması gözlənilir.
Xatırladaq ki, ötən gün keçirilən matçda “Napoli”nin futbolçusu Skott Maktomineyin 51-ci dəqiqədə qapıya vurduğu top Medinanın üzünə dəymiş, nəticədə o, huşunu itirərək yerə yıxılmışdı.