Sosial şəbəkələrdə kommunist ideologiyasının təbliğinə dair SSRİ bayraqları ilə yürüş etməyə cəhd göstərən qrupun təşkilatçıları Abdulla İbrahimli və İbrahim Əsədli həbs edilib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Nizami Rayon Məhkəməsinin qərarı ilə təqsirləndirilən şəxslərin hər ikisi barəsində 3 aylıq həbs qətimkan tədbiri seçilib.
A.İbrahimli və İ.Əsədli Cinayət Məcəlləsinin 233-cü (İctimai qaydanın pozulmasına səbəb olan hərəkətləri təşkil etmə və ya bu cür hərəkətlərdə fəal iştirak etmə) maddəsi ilə ittiham olunurlar.